Fransanın istiqlaliyyəti nüvə enerjisinə söykənir
Fransa prezidenti koronavirusdan irəli gələn hazırkı çətin şəraitdə «Framatom» zavodunun mütəxəssisləri qarşısında bildiribdir ki, nüvə sənayesi Fransanın istiqlaliyyətinin əsasını təşkil edir.
SəhərAzəri xəbər verir ki, iki böyük böhran, yəni səhiyyə və iqtisadi böhranların qızğın çağında Makron Fransanın şərqində yerləşən Kruzo bölgəsinə gedibdir ki, dünyada nüvə reaktorlarının həssas və böyük ehtiyat hissələrini düzəldən yeganə zavoddan baxış keçirmiş olsun.
Fransa prezidenti «Framatom» zavodunun mütəxəssisləri qarşısında bildiribdir ki, nüvə sənayesi Fransanın istiqlaliyyətinin əsasını təşkil edir.
O, həmçinin 2038-ci ildə «Şarl de Qol» təyyarədaşıyan gəmisini əvəz edəcək yeni atom təyyarədaşıyıcısının düzəldilməsindən xəbər verib.
Makron deyib: "Güclü bir ölkə kimi Fransanın strateji gələcəyi atom sənayesi və nüvə enerjisi vasitəsilə təmin ediləcək. Bizim çəkindiricilik gücümüz, sualtı qayıqlarımız və nüvə yanacaqlı təyyarədaşıyan gəmilərimiz Fransanın qüdrəti və istiqlaliyyətinin göstəricisidir".
Fransa hal-hazırda bu ölkənin şimalında yerləşən «Flaman Vil» bölgəsində üçüncü nəsildən olan nüvə reaktoru düzəltməklə məşğuldur.
On milyardlarla avro xərc gətirən bu reaktorun düzəldilməsi 2007-ci ildən başlanıb və indiyədək texniki problemlərə görə, istifadəyə verilməyibdir. Onun düzəldilməsinin iki ildən sonra bitəcəyi proqnoz edilir.
Hal-hazırda Fransanın 57 nüvə reaktoru ilk enerji istehsalı mənbəyi kimi bu ölkənin elektrik enerjisinin 70%-dən çoxunu təmin edir.