Rusiya federal təhlükəsizlik xidmətinin yaxınlığında partlayış baş verib
https://azeri.sahartv.ir/news/dünya-i370675-rusiya_federal_təhlükəsizlik_xidmətinin_yaxınlığında_partlayış_baş_verib
Bir kamikadze tərəfindən Rusiya federal təhlükəsizlik xidmətinin yaxınlığında törədilən partlayışda altı nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2020 16:06 Asia/Baku
  • Rusiya federal təhlükəsizlik xidmətinin yaxınlığında partlayış baş verib

Bir kamikadze tərəfindən Rusiya federal təhlükəsizlik xidmətinin yaxınlığında törədilən partlayışda altı nəfər yaralanıb.

SəhərAzəri xəbər verir, İntihar partlayışı bu gün Rusiyanın Şimali Qafqazda yerləşən Qaraçay-Çərkəz Respublikasında Rusiya federal təhlükəsizlik xidməti- FSB-nin şöbəsi yaxınlığında baş verib.

Öz partlayıcı jiletini fəallaşdıraraq, Rusiyanın təhlükəsizlik məmurlarına hücum edən kamikadze ölübdür.

Rusiyada terrorizmlə milli mübarizə komitəsi də bir bəyanatda bu intihar partlayışı haqda belə qeyd edib: Bu gün naməlum bir şəxsin təhlükəsizlik məmurlarının kəşfiyyat əməliyyatı aparmaqda olduqları məntəqəyə girmək üzrə cəhdi uğursuz qalıb və həmin şəxs həbs olunması istiqamətində göstərilən səy zamanı özünü partladıbdır.