Dek 13, 2020 19:04 Asia/Baku
  • Almaniyada karantin tədbirlərinə qarşı nümayişlər keçirilib

Almaniyada məhkəmələrin koronavirusun yayılma təhlükəsi ilə bağlı nümayişlərə qadağa qoymasına baxmayaraq, karantin tədbirlərinin əleyhdarları Frankfurt-Mayn və Drezdendə etiraz aksiyası keçirib.

SəhərAzəri xəbər verir, Almaniya hüquq-mühafizə orqanları təkcə Saksoniya inzibati mərkəzində azı 72 nəfər müvəqqəti saxlanılıb.

Karantin tədbirlərinə qarşı çıxanlarla yanaşı bu tədbirlərin tərəfdarları da aksiyalar təşkil edib və belə cəbhədə təxminən 450 nəfər toplaşıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları iki qrup arasında toqquşmaların qarşısını almaq üçün bütün qüvvəsini sərf edib və hətta etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə ilə bağlı xəbərdarlıqlar da olunub. Frankfurt-Maynda saxlanılanlar barədə məlumat verilməyib.

Drezdendə aksiyalar əvvəlcə şəhər rəhbərliyi, daha sonra isə Saksoniya ali inzibati məhkəməsi tərəfindən də qadağan edilib. Karantin əleyhinə nümayişlərdə iştirak etdiyi güman olunan dəstələr şəhərin mərkəzinə buraxılmayıb və etirazçıların olduğu iki avtobus yenidən geri qaytarılıb. Özünü aqressiv aparan şəxslər isə saxlanılıb. Drezden polisinin verdiyi məlumata görə, 300-dək ictimai asayişin pozulması faktı qeydə alınıb.

 

Teqlər