Dek 14, 2020 10:42 Asia/Baku
  • Rusiya səfiri İraq hökuməti ilə terrorçuluqla mübarizəni müzakirə etdi

Rusiyanin İraqdakı səfiri İraq Milli Təhlükəsizlik Şurasının müşaviri ilə terrorçuluqla mübarizədə və xüsusilə silah təchizatı sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir, Rusiyanin İraqdakı səfiri Maksim Maksimov İraq Milli Təhlükəsizlik Şurasının müşaviri Qasim əl-Aracı ilə terrorçuluqla mübarizədə və xüsusilə silah təchizatı sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib. 
Görüşdə xüsusilə, İraq-Suriya sərhədindəki əl-Xol düşərgəsi, İraq sərhədlərinin təhlükəsizliyini təmin etmək və silahlıların sızmasının qarşısını almaq üçün məlumat mübadiləsinin əhəmiyyəti və terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.  
Açıqlamaya əsasən, əl-Aracı, iki dost ölkənin maraqlarına uyğun olaraq münasibətləri daha da inkişaf etdirmək istəyini ifadə edərək, xüsusilə silah sahəsində iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladyıb. 

Teqlər