Dek 15, 2020 10:38 Asia/Baku
  • Bayden rəsmən ABŞ prezident seçkilərinin qalibi oldu

Demokrat partiyasının namizədi 306 elektoral səs əldə etməklə rəsmi surətdə Amerika prezident seçkilərinin qalibi olub.

 SəhərAzəri xəbər verir, Seçicilər kollegiyasının üzvləri dekabrın on dördündə keçirilən səsvermənin bitməsindən sonra Co Baydeni Amerikanın yeni prezidenti seçiblər.

Amerikanın əlli ştatı və Kolumbiya xüsusi bölgəsi seçicilərinin səsverməsində Bayden 306 elektoral səs əldə edə bilib. Tramp isə 232 səs qazanıbdır. Amerika prezident seçkilərinin hər bir namizədi seçkilərdə qalib gəlmək üçün azı 270 elektoral səs əldə etməlidir.

«Elektoral kollec» adlandırılan seçicilər kollegiyasının iclası yerli vaxtla səhər saat onda Vermont ştatından başlanıb. Sonra müxtəlif ştatlar da ştat paytaxtlarında oxşar iclaslar keçiriblər.

Belə bir halda, ABŞ prezidenti Donald Tramp seçicilər kollegiyasının səsverməsinin nəticəsi elan olunduqdan az sonra bu ölkənin baş prokuroru və ədliyyə naziri Uilyam Barın istefa verməsindən xəbər verib.

Tramp tvitter-də yazıb: Uilyam Bar miladdan öncə öz vəzifəsini tərk və Barın müavini Cef Rossen Amerika ədliyyə nazirliyinə başçılıq edəcək.

Uilyam Bar bundan öncə vurğulamışdı ki, Trampın dəstəsinin Amerika prezident seçkilərində geniş saxtakarlığın baş verməsinə dair iddiası barədə faktlar müşahidə etməyibdir.

Barın bu sözləri Trampın hiddətinə səbəb olmuşdu.

Tramp indiyədək üç noyabr prezident seçkilərində məğlub olduğunu qəbul etmir və seçkilərdə saxtakarlıq məsələsini irəli sürür.

 

 

Teqlər