ABŞ-da bir gündə 4 min 200-dən çox insan koronavirusdan ölüb
Dek 17, 2020 12:50 Asia/Baku
ABŞ-da çərşənbə günü yeni növ koronavirusa yoluxmanın nəticələri ilə bağlı üç antirekord qeydə alınıb. Belə ki, gün ərzində 4 min 200-dən çox ölüm, 240 mindən çox yeni yoluxma halı qeydə alınıb, habelə 113 069 nəfər xəstəxanaya yerləşdirilib.
SəhərAzəri xəbər verir, bu barədə CNN telekanalı məlumat verib.
Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin hesablamalarına görə, pandemiya başlayandan bəri ABŞ-da ümumilikdə 16 964 180 nəfər koronavirusa yoluxub, onlardan 427 mini nəfəri ölüb.
Bu göstəricilərin hər ikisinə görə ölkə dünyada birinci yerdədir.