Dek 17, 2020 14:50 Asia/Baku
  • Makron koronavirusa yoluxub

Fransa Prezidenti Emmanuel Makron yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

SəhərAzəri Apa-ya istinadən xəbər verir, bu barədə Yelisey sarayının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Fransa prezidentinin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Fransanın dövlət başçısı növbəti 7 gün ərzində özünü təcrid edəcək.

“Prezidentə COVID-19 diaqnozu qoyulub. Hamı üçün tətbiq olunan mövcud sanitariya qaydalarına uyğun olaraq, dövlət başçısı 7 gün ərzində təcrid olacaq. O, çalışmağa davam edəcək və fəaliyyətlərini uzaqdan həyata keçirəcək”, - məlumatda bildirilir.

İndiyədək dünyanın siyasi liderlərindən bir çoxu koronavirusa yoluxub.

Statistikalara əsasən, Fransada iki milyon dörd yüz min nəfərdən çox insan koronavirusa yoluxub. Onların 59 min 631 nəfəri həyatını itiribdir.

Teqlər