Almaniyada yeni yoluxma rekordu qeydə alındı
https://azeri.sahartv.ir/news/dünya-i370906-almaniyada_yeni_yoluxma_rekordu_qeydə_alındı
Almaniyada ötən 24 saat ərzində koronavirusa 33 777 nəfər yoluxub ki, bu da pandemiya dövründə rekord göstəricidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2020 10:00 Asia/Baku
  • Almaniyada yeni yoluxma rekordu qeydə alındı

Almaniyada ötən 24 saat ərzində koronavirusa 33 777 nəfər yoluxub ki, bu da pandemiya dövründə rekord göstəricidir.

 

SəhərAzəri  xarici KİV-ə istinadən xəbər verir ki, Robert Kox İnstitutunun məlumatına görə, dalbadal iki gündür rekord vuran bu ölkədə ötən gün də 30 400-dən çox yoluxma qeydə alınmış, bununla da ilk dəfə 30 minlik sədd aşılmışdı.

Bütövlükdə, indiyədək Almaniyada koronavirusa 1,4 milyon nəfər yoluxub, bunlardan 24 938 nəfər (son 24 saatda 813 nəfər) dünyasını dəyişib.

Səhiyyə naziri Yens Spahn ölkədə peyvəndləmə proqramının Milad bayramından sonra başlayacağını bildirib.

Son rəy sorğularına görə, əhalinin 47 faizi mümkün qədər tez bir zamanda peyvənd olmaq istəyir.