Dek 19, 2020 09:35 Asia/Baku
  • Borrel:

Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Türkiyənin xarici siyasətinin bu birliyin maraqlarına zidd olduğunu söyləyib.

SəhərAzəri xəbər verir, Cozep Borrell Avropanın Xarici siyasət Xidmətinin portalında dərc edilən bir qeyddə bildirib ki, Avropa Birliyi Türkiyə ilə əlaqələrini gücləndirmək niyyətindədir, Lakin ondan əvvəl Türkiyə bu birliyin maraqlarına zidd olan hərəkətləri dayandırmalıdır.

Borrell, Türkiyənin Şərqi Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətlərinin Avropanın maraqları ilə uyğun olmadığını qeyd edib.

Son həftələrdə, Şərqi Aralıq dənizndə gərginlik Türkiyənin bu bölgədə qazma və kəşfiyyat fəaliyyətlərinə başlaması ilə əlaqədar artıbdır.

Yunanıstan Fransa və bəzi Avropa ölkələri ilə birlikdə Türkiyənin hərəkətlərinin qanunsuz və təxribatçı olduğunu iddia edib və onun nəticələri barədə Ankaraya xəbər darlıq edibdir.

Lakin Türkiyə ölkəsinin Aralıq dənizində yalnız öz hüquqlarını təmin etdiyini bildirib.

Teqlər