İtaliyada yeni il tətillərində sərt karantin rejimi tətbiq olunacaq
İtaliya hökuməti koronavirusun kəskin yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb.
SəhərAzəri xəbər verir, yeni protokollara əsasən, İtalyada milad tətillərində bir neçə gün istisna olmaqla komendant saatı və tətil elan ediləcək. Milad və Yeni il tətillərində hər evdə 14 yaşdan kiçik bir uşağı olmaqla iki nəfərdən artıq qonaq olmamalıdır. Qonaqlar saat 10 olmamış öz evlərinə qayıtmalıdırlar, hansı ki, komendadnt saatı başlayacaq yəni axşam saat ondan səhər saat beşədək.
Yeni qaydalara əsasən, qırmızı elan edilən günlərdə insanlar yalnız zəruri ehtiyaclarını təmin etmək, vacib iş yerlərinə və ya müalicə mərkəzlərinə getmək üçün evlərindən çıxa bilərlər.
İtaliya keçən ildən bəri yüksək dərəcədə koronavirusa yoluxma və bu virusdan ölüm halları qeydə alınan Avropa ölkələrindən biridir.