ABŞ öz tarixinin ən pis işsizlik böhranını yaşayır
Dek 19, 2020 19:31 Asia/Baku
Amerikanın sabiq əmək naziri deyib: "ABŞ öz tarixinin ən pis işsizlik böhranını yaşamaqdadır".
SəhərAzəri xəbər verir, Bill Klintonun prezidentlik dözründə ABŞ-ın əmək naziri olmuş Robert B. Reyş "MSNBC News" kanalına verdiyi müsahibədə əlavə edib: "Bu böhran 2008 və 2009-cu illərdə şahidi olduğumuz böyük iflasdan dəfələrlə daha pis olacaq".
B. Reyş insanlara yalnız iqtisadi yardımlar etməklə böhranlı vəziyyətdən çıxmağın mümkün olmayacağına toxunaraq, əlavə edib: "İqtisadiyyatda stimul yaratmaq uzunmüddətli planlar tələb edir".
Koronavirusunun yayılması ilə milyonlarla amerikalı işsiz qalıb və maddi və qida köməyinə ehtiyaclı olubdur.