Dek 20, 2020 22:23 Asia/Baku
  • İngiltərənin səhiyyə naziri koronavirusun yeni növü haqda xəbərdarlıq edib

İngiltərənin səhiyyə naziri əhalidən istəyibdir ki, bu ölkənin cənub-şərqində sürətlə yayılmaqda olan koronavirusun yeni növünü aradan qaldırılması üçün sosial məsafə də daxil olmaqla yeni sərt qaydalara ciddi yanaşsın.

SəhərAzəri xəbər verir, Mettyu Henkok deyib: İngiltərə hökuməti daha sərt qaydalar tətbiq etmək istəmirdi, amma yeni növ nəzarətdən çıxmışdı və yatırılmalı idi.

İngiltərənin baş naziri Boris Conson dünən bu barədə deyib: Koronavirusun yeni növü sürətlə yayılır. Bu növ koronavirusun öncəki növündən yetmiş faiz daha sürətlə yayılır. Əlbəttə, koronavirusun yeni növünün daha təhlükəli olması və ya bu xəstəliyə qarşı düzəldilən vaksinin ona daha az təsir göstərəcəyini sübut edəcək faktlar mövcud deyildir.

İngiltərənin baş naziri qeyd edibdir ki, öncəki proqramlaşdırmalar əsasında milad şənliklərini keçirmək olmaz və İngiltərədə məhdudiyyətlərin azalması yalnız bir gün tətbiq olunacaq.

Conson bu ölkənin cənubu və şərqində, həmçinin paytaxt Londonda yeni məhdudiyyətlərin tətbiqindən xəbər verib.

Conson sözlərindən öncəyədək koronavirus barədə xəbərdarlıq üç səviyyəsində idi. Sonradan İngiltərənin bəzi bölgələrində xəbərdarlıq səviyyəsi ən yüksək həddə, dörd səviyyəsinə qalxdı.

Xəbərdarlığın dörd səviyyəsində evlərdə qalmağa təkid olunub və qeyri-zəruri satış mərkəzləri bağlanır.

Consonun sözləri və karantinin elan olunması bais oldu ki, London sakinlərindən minlərlə nəfər məhdudlaşdırıcı karantin qanunlarından qaçmaq məqsədilə tələsik surətdə İngiltərə paytaxtını tərk etməyə çalışmış olsunlar.

Teqlər