Britaniyada yeni növ koronavirusun yayılması fonunda ərzaq çatışmazlığı təhlükəsi yaranıb
Britaniya yeni növ koronavirusun yayılması fonunda ərzaq çatışmazlığı təhlükəsi ilə üzləşib.
SəhərAzəri xəbər verir, "CNN" xəbər kanalının verdiyi məlumata görə, yeni növ koronavirusun yayılması fonunda Britaniyanın qonşuları da daxil bir neçə ölkə onunla quru və hava sərhədlərini bağlayıblar. Bu məsələ də bu ölkənin qida və xammal çatışmazlığı böhranı ilə üzləşməsinə səbəb olub.
Məlumata əsasən, yeni növ koronavirusun yayılması səbəbindən Fransa bu ölkə ilə La Manş kanalı vasitəsilə istənilən quru nəqliyyatını 48 saat müddətinə dayandırıb və qadağan edib ki, bu da ingiltərədə qida çatışmazlığına səbəb ola bilər.
Avropa ölkələrinin çoxu Britaniyada mutasiyaya uğramış koronavirusun aşkarlanması və ona yoluxanların sayının artmasına reaksiyada, bu virusun yayılmasının qarşısını almaq üçün bu ölkəyə və əks istiqamətdə səyahətləri dayandırıblar.
Bəzi ölkələrdə İngiltərə ilə dəmir yolu əlaqəsi də kəsilib.
Qeyd edək ki, İngiltərənin səhiyyə naziri Mettyu Henkok keçən həftənin bazar ertəsi günü bu ölkədə daha sürətlə yayılan yeni növ koronavirusun aşkarlanmasından xəbər verib.
Britaniya yeni növ koronavirusun yayılmasından ciddi şəkildə təsirlənib.
Bu ölkənin baş naziri Boris Conson, media və ictimai rəy tərəfindən koronavirus qarşısında düzgün və şəffaf hərəkət etməməkdə və siyasətlərinin virusun dərin təhlükəsi ilə uyğun olmamaqda ittiham olunub.