Dek 22, 2020 18:42 Asia/Baku
  • Almaniya, AB-nin Türkiyəyə qarşı silah sanksiyalarını rədd etdi

Almaniya Yunanıstanın AB-nin Türkiyəyə qarşı silah sanksiyaları tətbiq olunmasi tələbinə qarşı çıxıb.

SəhərAzəri xəbər verir, Almaniyanın xarici işlər naziri Haiku Mas çərşənbə axşamı açıqlayib: Berlin Türkiyəyə qarşı silah sanksiyalarının tətbiq olunmasina, strateji cəhətdən səhv olduğu üçün qarşı dir.
Mas Aralıq dənizinin şərqində  olan gərginliyin diplomatik kanallarla həll ediləcəyinə ümid etdiyini bildirərək, əlavə edib: Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvünə qarşı silah sanksiyaları tətbiq etmək, asan deyil; Türkiyə, raket sistemini ABŞ-dan ala bilmədiyi zaman, Rusiyadan satın aldı.
Türkiyə və Yunanıstan, Aralıq dənizinin şərqində yerləşən neft və qaz ehtiyatları mövzusunda münaqişə edirlər.
Qeyd edək ki, Avropa Birliyinin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Cosef Borel cümə günü Türkiyəni AB-nin maraqlarına zidd hərəkətlərini dayandırmağa çağırıb.

Teqlər