Dek 22, 2020 22:26 Asia/Baku
  • Rusiyanın AB-nin

Fransa, İsveç və Almaniyanın Rusiyadakı səfirliklərinin diplomatları bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

SəhərAzəri xəbər verir, Rusiya bu gün (Çərşənbə axşamı) bildirib ki, Kremlin tənqidçisi Aleksey Navalninin zəhərlənməsi məsələsi ilə bağlı Moskvaya qarşı "qəbuledilməz" sanksiyalara cavab olaraq, Rusiyaya girişinə qadağa qoyulmuş Avropa rəsmilərinin siyahısı genişləndirilir.

Fransanın Rusiyadakı səfiri Pierre Levi, İsveç səfirliyinin nümayəndəsi və Almaniya səfirinin müavini Beate Qjeski Rusiya XİN-ə çağırılıblar. Bu diplomatlar Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar və Rusiyanın müxalifət liderlərindən olan Aleksandr Navalnının zəhərlənməsi məsələsi ilə əlaqədar çağırılıblar.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Qərb ölkələrinin düşməncəsinə hərəkətlərinə layiqincə cavab verməyə davam edəcəyik.

 

Teqlər