Fransada polis əməkdaşlarına hücum edilib: 3 ölü, 1 yaralı
Fransanın Puy-de-Dome şəhərində qadına qarşı məişət zorakılığı ilə bağlı xəbər alan polis məmurları hadisə yerində hücuma məruz qalıb. 3 polis həyatını itirdi, 1 polis yaralanıb.
SəhərAzəri xəbər verir ki, bu barədə "Frans Press" xəbər agentliyi məlumat yayıb.
Məlumatda deyilir: "Bildiriş alan polis əməkdaşları hadisə yerinə çatarkən, 48 yaşlı kişiyə "təslim ol" deyirlər, o, isə polisin çağırışına atəş açaraq, qarşılıq verir.
Polislə hücumçu arasında başlayan qarşıdurmada 3 polis məmuru öldürülüb, 1 polis məmuru yaralanıb.
O, daha sonra evi də yandırıb və hadisə yerindən qaçıb.
Polis, onun bir müddət sonra ölü tapıldığını açıqlayıb.
Münaqişə zamanı evin çardağında gizlənmiş qadın xilas edilib.
Hücumçuya qarşı uşağa aliment ödəməməsi səbəbindən daha əvvəl məhkəmə işi açıldığı deyilir.
Hadisə ilə bağlı istintaq başladılıb.