ABŞ Avropaya qaz nəql edəcək boru kəmərinin inşasında ikili standart siyasəti yürüdür
https://azeri.sahartv.ir/news/dünya-i371128-abŞ_avropaya_qaz_nəql_edəcək_boru_kəmərinin_inşasında_ikili_standart_siyasəti_yürüdür
ABŞ yaxın gələcəkdə Rusiyanın Şimal Axını-2 layihəsinə sanksiya tətbiq etmək niyyətindədir; deyilənlərə görə, yeni sanksiya paketi Şimal Axını-2-yə öldürücü zərbə vura bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2020 08:29 Asia/Baku
  • ABŞ Avropaya qaz nəql edəcək boru kəmərinin inşasında ikili standart siyasəti yürüdür

ABŞ yaxın gələcəkdə Rusiyanın Şimal Axını-2 layihəsinə sanksiya tətbiq etmək niyyətindədir; deyilənlərə görə, yeni sanksiya paketi Şimal Axını-2-yə öldürücü zərbə vura bilər.

SəhərAzəri xəbər verir, ABŞ “şimal axını-2” adı ilə tanınan Rusiyanın ikinci qaz boru kəmərinin Avropaya çəkilməsinə qəti şəkildə qarşı çıxdığı və onun tamamlanmasına mane olmaq üçün inşasında iştirak edən şirkətlərə qarşı dəfələrlə sanksiya tətbiq etdiyi bir halda sionist rejimin qazını Avropaya ixrac edəcək boru kəmərinin inşasını dəstəkləyib.

Qərar üzrə bu boru kəməri Fələstinin işğal olunmuş ərazilərinin sahildən uzaq yataqlarının qazını Avropaya çatdıracaq.

Borunun inşası üçün yekun qərarın 2022-ci ildədək veriləcəyi gözlənilir. Boru 10 milyard kubmetr qazı nəql etmə gücünə malikdir və onun inşası ilə Avropanın qaz ehtiyacının 10-15 faizi təmin ediləcək.

Borunun inşasının 2025-ci ildə tamamlanması proqnoz edilir.