Ştutqartda bir məscidin imamcamaatı qətlə yetirilib
https://azeri.sahartv.ir/news/dünya-i371135-Ştutqartda_bir_məscidin_imamcamaatı_qətlə_yetirilib
Almaniya prokurorluğu bildirib ki, bu ölkənin Ştutqart şəhərindəki bir məscidin imamcamaatı iki naməlum şəxsin hücumunda qətlə yetirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2020 10:46 Asia/Baku
  • Ştutqartda bir məscidin imamcamaatı qətlə yetirilib

Almaniya prokurorluğu bildirib ki, bu ölkənin Ştutqart şəhərindəki bir məscidin imamcamaatı iki naməlum şəxsin hücumunda qətlə yetirilib.

SəhərAzəri xəbər veriri ki, Almaniya prokurorluğunun ofisi bildiribdir ki, iki naməlum şəxs Ştutqart şəhərindəki bir məscidin Pakistan əslli imamcamaatına hücum edərək, soyuq silahla ona bir neçə zərbə endirib. Hücuma məruz qalan şəxs həyatını itirib.

Həmin iki nəfər hadisə yerindən qaçıbdır.

Almaniya polisi bu hücum barədə təhqiqat aparmaq üçün bir komitə təşkil edib, lakin indiyədək həmin cinayətdə əsas məqsədin nə olduğu məlum olmayıbdır.

Son aylar Almaniya da daxil olmaqla əksər Avropa ölkələrində məscidlərə və müsəlmanlara qarşı islamofob hücumlar artıbdır.

Əksər Avropa hökumətləri müsəlmanlara qarşı hücumları təqib etmək əvəzinə, qanunlar tətbiq etməklə onların dini mərasimləri və yaşayış şəraitini məhdudlaşdırmağa çalışırlar.

Sağ radikal qruplar Avropada müsəlmanlara qarşı hücumların əsas amilləridirlər.