Dek 24, 2020 15:10 Asia/Baku
  • Amerikada aclıq böhranı kəskinləşib

ABŞ-da işsizlərin sayının artması və iqtisadi vəziyyətin pisləşməsi, aclıq çəkən insanların xeyriyyə təşkilatlarından ərzaq almaq tələbatını artırıb.

SəhərAzəri xəbər veriri ki, bu barədə CBS telekanalının məlumat yayıb.

Məlumata görə, ərzaq təminatçısı olan «Fid Amerika» adlı xeyriyyə təşkilatı bildirib ki, son bir ildə ailələr üçün ərzaq məhsullarının tədarükü tələbi təqribən 60 faiz artıb. Bu təşkilat həmçinin bildiribdir ki, təkcə aşağıgəlirli ailələr yardıma ehtiyaclı deyillər və orta təbəqədən olan ailələr də iqtisadi böhranın nəticələri ilə çarpışırlar.

Çikaqo, Notterdam və Tszen Tszyan universitetləri tədqiqatçılarının son araşdırmalarına görə, noyabr ayında ABŞ-da yoxsulluq səviyyəsi 11,7 faiz artıbdır və bu, 1960-cı ildən bəri Amerikada bir il ərzində ən yüksək yoxsulluq səviyyəsi deməkdir.

Hal-hazırda Birləşmiş Ştatlar həm koronavirusa yoluxmuş insanların sayına, həm də bu virusdan ölüm səviyyəsinə görə dünyada birinci yerdə gedir.

Teqlər