Dek 25, 2020 08:36 Asia/Baku
  • ABŞ-da polis silahsız afroamerikalını güllələdi

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis əməkdaşı əlində mobil telefon olan silahsız afroamerikalını güllələyib.

SəhərAzəri CNN telekanalının məlumatına istinadən bildirib ki, polis əməkdaşı Adam Koy çağırış üzrə yaşayış evinə gəlib. Polisə zəng etmiş şəxs avtomobilin mühərrikinin işindən yaranan səs-küydən şikayət edib. Koy evlərdən birində qarajın yanında ona yaxınlaşan afroamerikalını görüb. Afroamerikalı sol əlində mobil telefonu tutub.

Polis əməkdaşının məhz hansı səbəbdən ona atəş açması hələ açıqlanmır. Yaralı Andre Moris Xill aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı onun üstündə silah olmayıb. Məlum olub ki, afroamerikalı həmin vaxt yaxınlıqdakı evə dəvət edilib.

Teqlər