İngilis korona virusu Yaponiyaya çatdı
Yaponiyanın Səhiyyə Nazirliyi bu gün İngiltərədə yayılan koronavirus növünün Yaponiyada müşahidə olduğunu təsdiqlədi.
SəhərAzəri Farsnews-a istinadla xəbər verir, Yaponiyanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 18 dekabr - Bazar ertəsi günləri arasında İngiltərədən Yaponiyaya gəldikdə hava limanında yoxlanış yolu ilə beş nəfərdə ilk olaraq İngiltərədə aşkar edilmiş Korona virus növünə yoluxmuş şəxs müəyyən edilib.
Yaponiya Səhiyyə Nazirliyi həmin şəxslərdən birinin yorğunluq və göyərmədən şikayət etdiyini, digər dördündə isə simptom olmadığını bildirib. 60 yaşlı kişi, 40 yaşlı kişi və qadın və 10 yaşlı iki oğlan uşağının müayinəsi müsbət olub.
Sğzü gedən şəxslərin hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.
Yaponiya Səhiyyə Nazirliyi sözü gedən şəxslərin hava limanında müəyyən edildiyi üçün başqa insanlarla təmasda olduqlarını təsəvvür etmənin qorxunc olduğunu vurğulayıb.