Dek 26, 2020 08:28 Asia/Baku
  • ÜST: Bir gündə 655 mindən çox insanda COVID-19 aşkarlandı

Dünyada COVID-19-a yoluxanların sayı 78,19 milyon nəfəri ötüb

SəhərAzəri xəbər verir, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 78 194 947 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 736 752 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 655 041 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 11 564 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 49 faizindan çoxu Şimali və Cənubi Amerikada (323 507), ardından Avropa (245 610), daha sonra isə Cənub-Şərqi Asiyada (33 084) qeydə alınıb.

Ölkələr üzrə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 18 311 405. Ondan sonra Hindistan (10 146 845), Braziliya (7 365 517), Rusiya (2 992 706), Fransa (2 484 875), Böyük Britaniya (2 188 591), İtaliya (2 009 317) və İspaniya (1 854 951) qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər