Dek 26, 2020 11:15 Asia/Baku
  • ABŞ polisi Naşville partlayışının qəsdən törədildiyini bildirib

ABŞ polisi partlayış zamani bölgədə şübhəli bir avtomobilin olması barədə məlumat aldıqlarını söyləyib.

SəhərAzəri Əl-Cəzirə telekanalının verdiyi məlumata istinadən xəbər verir, yerli medialar bildirib ki, ABŞ polisi, Tennesi ştatında yerləşən Naşville şəhərində baş verən partlayışla əlaqədar istintaq başladıb və davam etdirir. Partlayış qəsdən törədilib və FTB və digər federal qurumlar istintaqa iştirak edib. Polis, partlayış baş verən bölgədə şübhəli bir avtomobilin olması barədə məlumat aldıqlarını da söyləyib. 
Əl-Cəzirə müxbiri bu barədə bildirib: İlkin məlumatlara görə, hadisə yerində daha bir neçə şübhəli avtomobil olub. Yerli hakimiyyət orqanları hadisə baş verən bölgəni boşaldıb və yerli sakinlərdən evlərini boşaltmağı istəyiblər. 
America News-un WKRN telekanalı da bir şahidin verdiyi məlumata istinadən bildirib ki, atışma səsləri partlayışdan bir neçə dəqiqə əvvəl eşidilib.

Teqlər