Dek 26, 2020 20:14 Asia/Baku
  • Tramp milyonlarla amerikalının işsizlik sığortasını kəsir

ABŞ prezidenti koronavirus dönəmində iqtisadi bərpa üçün nəzərdə tutulan xüsusi büdcə layihəsini imzalamaqdan imtina edərək, milyonlarla amerikalını işsizlik sığortasının kəsilməsi təhlükəsi ilə üzləşdirib.

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Trampın koronavirusa məxsus 2,3 trilyon dollarlıq büdcəni imzalamaqdan imtina etməsini nəzərə alaraq, koronavirus epidemiyası səbəbindən iş yerlərini itirən, özləri və ailələrinin məişətini təmin edə biməyən milyonlarla amerikalı şənbə günündən etibarən işsizlik sığortası ala bilməyəcəklər.

Məlumata əsasən, bu layihə imza olunmazsa, milyonlarla federal işçi məcburi məzuniyyətə gedəcək və ABŞ hökumətinin böyük bir hissəsi bağlanacaq.

Tramp elə bir halda ABŞ-dakı koronavirus işsizlərini dəstəklədiyini iddia edir ki, prezidentlik dövründə onların hüquqlarını qorumaq üçün hələ ciddi bir qərar verməyib.

ABŞ-da koronavirusun yayılmasından bəri minlərlə şirkət və fabrika bağlanıb.

ABŞ hazırda koronavirusa yoluxma və ölüm hallarına görə, dünyada liderdir.

ABŞ hökuməti və konkret olaraq, Tramp bu ölkədə  koronavirusun yayılması qarşısında məsuliyyətsiz davrandığı üçün kəskin şəkildə tənqid olunub.

Teqlər