Dek 27, 2020 11:53 Asia/Baku
  • ÜST: Koronavirus dünyada sonuncu pandemiya olmayacaq

Ümumdünya Səhiyyə Təşkilatının sədri xəbərdarlıq edib ki, 2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyası sonuncu pandemiya olmayacaq.

SəhərAzəri xəbər verir, Tedros Adhanom dünən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yayılan, yazılmış bir müraciətdə deyib: COVID-19-un bizim üçün tamamilə naməlum olduğunu demək çox çətindir. Bu virus nəticəsində son 12 ay ərzində dünya tamamilə dəyişdi.

Ümumdünya Səhiyyə Təşkilatının sədri sonra deyib: Bu, gözlənilməz bir amil deyil, çünki ötən illər ərzində dünyanın hər hansı pandemiya ilə mübarizəyə hazır olmaması haqda çox sayda hesabat, tədqiqat və xəbərdarlıqlar mövcud idi.

Belə bir halda, İngiltərədən qaynaqlanan koronavirusun yeni növü Avropada geniş narahatlıqlara səbəb olubdur.

COVID-19-un ilkin növündən daha çox yaylma sürətinə malik olan yeni koronavirus növü əksər Avropa ölkələrinin Çin və Braziliya ilə yanaşı, İngiltərədən gələn uçuşları dayandırmalarına səbəb olubdur.

Yeni statistikalara əsasən, indiyədək dünya boyu 80 milyon 718 min nəfərdən çox insan koronavirusa yoluxub və bir milyon 764 min nəfərdən çox insan da bu virusa yoluxma nəticəsində vəfat edib.

Teqlər