Avropa ölkələrində koronavirus əleyhinə kütləvi peyvənd başlandı
https://azeri.sahartv.ir/news/dünya-i371279-avropa_ölkələrində_koronavirus_əleyhinə_kütləvi_peyvənd_başlandı
pidemioloji vəziyyətin pisləşməsinə görə gücləndirilmiş məhdudiyyətlər fonunda bu gündən Avropa ölkələrində “Pfizer”/”BioNTech” şirkətlərinin birinci bəyənilmiş vaksini ilə koronavirusa qarşı kütləvi peyvəndə başlanılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2020 13:05 Asia/Baku
  • Avropa ölkələrində koronavirus əleyhinə kütləvi peyvənd başlandı

pidemioloji vəziyyətin pisləşməsinə görə gücləndirilmiş məhdudiyyətlər fonunda bu gündən Avropa ölkələrində “Pfizer”/”BioNTech” şirkətlərinin birinci bəyənilmiş vaksini ilə koronavirusa qarşı kütləvi peyvəndə başlanılır.

SəhərAzəri xəbər verir ki, bu barədə “Report” “RİA Novosti”yə istinadən məlumat yayıb.

Avropa Komissiyası vaksinləmənin 27-29 dekabrda başlaya biləcəyini nəzərdə tuturdu. Bu halda prosesin başlanğıc tarixi haqqında qərarları birlik ölkələrinin özləri qəbul edir.

Bildirilirdi ki, bir çox dövlətlər peyvəndlərə başlamağı bu bazar günü planlaşdırır. Onların arasında Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Avstriya, Estoniya, Litva, Polşa, Bolqarıstan kimi ölkələr var. İrlandiyada peyvəndlərə başlanılması 30 dekabrda, Belçikada 28 dekabrda nəzərdə tutulub.

Avropa Birliyi (AB) ölkələri AB səviyyəsində preparatın təsdiqinə qədər vaksinləməyə başlaya bilmirdi.