ABŞ AB-dən idxal olunan bəzi mallara rüsumları artırır
ABŞ ticarət nümayəndəliyinin üzvləri, Fransa və Almaniyadan idxal olunan bir sıra məhsullara tətbiq edilən rüsumları artırır.
SəhərAzəri "Daily Express"ə istinadla xəbər verir ki, Tramp administrasiyası Amerika məhsullarına ədalətsiz rüsumlar deyilənə görə, Fransa və Almaniyaya qarşı bənzər addımlar atacağını söyləyib.
Tramp administrasiyası, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məhkəməsindən sonra Avropa Birliyinin Amerika məhsullarına əhəmiyyətli dərəcədə rüsum tətbiq etdiyini bildirib.
Rüsumların artımı, təyyarə istehsalçılarına verilən subsidiyalarla bağlı ABŞ-ın “Boeing” şirkəti ilə Avropa istehsalçısı “Airbus” arasında gedə nuzunmüddətli mübahisələrin bir hissəsi kimi dəyərləndirilir.
Vaşinqton AB-yə başqa bir xəbərdarlıqda, bloku ədalətsiz tarif məhdudiyyətlərinin kompensasiyası üçün əlavə addımlar atmağa çağırıb.
Tariflərin Co Baydenin hakimiyyətə gəlməsindən əvvəl 12 yanvar tarixində qüvvəyə minəcəyi deyilir.
Qeyd edək ki, Brüssel sentyabr ayında uzun sürən mübahisələrin davamı olaraq, aviasiya sektorlarına tariflər tətbiq etdi.
ABŞ bu addımı elə bir halda atır ki, amerikalı və avropalı müzakirəçilər, aviasiya sənayesinə verilən subsidiyalarla bağlı uzun müddətdir davam edən mübahisələrin dayandırılması üçün danışıqları davam etdirirlər.