İngiltərə rəsmən Avropa Birliyindən çıxdı
İngiltərə ilə Avropa Birliyi arasında ticarət sazişinin icra olunması ilə breksitin keçid dövrü başa çatdı.
SəhərAzəri xəbər verir, Beləliklə, İngiltərə ilk Avropa ölkəsi kimi bu birlikdəki üzvlüyünə son qoydu.
İngiltərə və Avropa Birliyinin nümayəndələri dünən bir neçə raund müzakirədən sonra nəhayət breksitin keçid dövrünün bitməsindən sonra ikitərəfli ticarət əlaqələrinin mexanizmi barədə razılığa gəldilər.
Keçid dövrünün başa çatması ilə İngiltərə London vaxtı ilə dünən saat 23-də rəsmən Avropa İttifaqından çıxdı.
İngiltərə və Avropa Birliyi breksitsonrası ticarət sazişinə çatdıqlarını keçən həftənin cümə axşamı günü elan etdilər.
İngiltərə ilə Avropa Birliyi arasında breksitsonrası ticarət sazişinə əsasən, London yanvarın birindən Avropa Birliyi ilə 660 milyard funt-sterlinq dəyərində ticarət əlaqələrinin bərqərar edilməsi şəraitini qəbul edibdir.
Breksit razılaşması referendumdan təqribən dörd il yarım sonra həyata keçirildi. Beləliklə, İngiltərə ilk Avropa ölkəsi kimi bu birlikdəki üzvlüyünə son qoydu.