Yan 02, 2021 10:44 Asia/Baku
  • Ulyanov, AEBA-nin İranla bağlı gizli məlumatları sızdırmasını lağa qoyub

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi İranın Fordo nüvə təsisatında 20 faizlik uranın zənginləşdirilməsi ilə bağlı gizli məlumatın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən sızdırılmasına reaksiyada, deyib: "Bu məlumatları sızdıran şəxs hazırda Yeni il tətillərinədir".

SəhərAzəri xəbər verir, Mixail Ulyanov "Twitter"də AEBA-nın baş direktorunun İranın uranı 20 faiz zənginləşdirmək niyyətində olduğu barədə bu təşkilatın İdarə Heyətinin üzvləri və BMT Təhlükəsizlik Şurasına məlumat verdiyini bəyan edərək, yazıb: "Ümumiyyətlə bu gizli hesabatlar 10 dəqiqə ərzində mediaya sızdırılır, amma bu gün  2 saat çəkib. Bu məlumatları sızdıran şəxs hazırda Yeni il tətillərinədir".

Ulyanov bundan əvvəl də AEBA-nın İranla bağlı gizli məlumatları ifşa etməsinə etiraz edib və onu biabırçı adlandırıb.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Kazim Qəribabadi də bu yaxınlarda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin gizli məlumatları ifşa etməsini tənqid edib və bu agentliyin ölkələrin təhlükəsizlik tədbirləri ilə bağlı məxfi məlumatlarını qorumaqda məsuliyyət daşıdığını qeyd edib.

Amerikanın "Wall Street jurnalı" bir saat əvvəl bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, İdarə Heyətinin üzvlərinə məlumat verib ki, İran 2020-ci il dekabrın 31-də agentliyə bir məktub göndərib və İslam Şurası Məclisinin qərarına uyğun olaraq, Fordonun şəhid Əli Məhəmmədi nüvə təsisatında uranı 20 faiz zənginləşdirmək niyyətində olduğunu bildirib.

İranın Milli Təhlükəsizlik Ali Şurası, 2019-cu il mayın 8-də ABŞ-ın nüvə anlaşmasından çıxmasının ildönümündə, elan etdi ki, İran nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, öhdəliklərini ilə hüquqları arasında tarazlıq yaratmaq məqsədilə öhdəliklərini tədricən azaldacaq.

Teqlər