Pakistanda kömür şaxtasının işçiləri oğurlanaraq güllələnib
https://azeri.sahartv.ir/news/dünya-i371561-pakistanda_kömür_şaxtasının_işçiləri_oğurlanaraq_güllələnib
Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha dörd nəfər yaralanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 03, 2021 14:43 Asia/Baku
  • Pakistanda kömür şaxtasının işçiləri oğurlanaraq güllələnib

Pakistanın Bəlucistan əyalətində kömür şaxtasında baş verən atışma zamanı azı on bir işçi həlak olub, daha dörd nəfər yaralanıb.

SəhərAzəri xəbər verir, bu barədə yerli hakimiyyətə istinadən "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, naməlum şəxslər şənbə günü gecə yarı şaxtanın işçilərini oğurlayaraq güllələyiblər.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.

Qeyd edilir ki, hadisə ilə bağlı təhqiqat aparılır. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.