Co Bayden Amerikanın qırx altıncı prezidenti oldu
ABŞ konqresinin nümayəndələri bu ölkənin seçilmiş prezidentinin qələbəsini ratifikasiya ediblər.
SəhərAzəri xəbər verir, Co Bayden Amerika prezidenti Donald Trampın tərəfdarlarının konqres binasına basqın üzrə zorakı hərəkətlərinə rəğmən, seçicilər kollegiyasının, başqa sözlə, elektral səslərin kvorumunu əldə edərək, rəsmi surətdə Amerikanın qırx altıncı prezidenti kimi təsdiq edilibdir.
Elektral səslərin sayılışı və Baydenin qələbəsinin ratifikasiya edilməsi üzrə ABŞ konqresinin senatla birgə keçirdiyi dünənki iclas Trampın tərəfdarı olan seçicilərin on iki səsindən sonra onun himayədarlarının basqını üzündən altı saata yaxın müddətə dayandırıldı.
Konqres Amerika milli qvardiyası, polis və Federal Təhqiqat Bürosu- FTB qüvvələrinin iştirakı ilə qiyamçıların çıxarılmalarından sonra normal vəziyyətə qayıtdı və öz iclasını bərpa etdi.
Konqresin iclasında Trampın himayədarı olan nümayəndələrin/ bəzi ştatlardakı səslərə qarşı etirazları da rədd olundu.