Çin: ABŞ-ın Tayvana müdaxiləsi ona baha başa gələcək
Çin hökuməti Ağ Ev-dən çıxması ərəfəsində bir daha Trampa xəbərdarlıq edibdir ki, bu ölkənin daxili işlərinə qarışmanın davam etməsi Amerikaya baha başa gələcək.
SəhərAzəri xəbər verir, Çin xarici işlər nazirliyinin sözçüsü dünən bir daha Amerikaya xəbərdarlıq edərək ondan Çin, Tayvan və Honq-Konqun işlərinə müdaxiləni dayandırmasını istəyib. Zira bu hərəkət iki ölkənin maraqlarına ziyan vuraraq, onu zəiflədir.
Hua Tszyunin Pompeonun Çinin daxili işlərinə müdaxilə üzrə sözlərinə reaksiyada vurğulayıb ki, dünyada yalnız vahid bir Çin mövcuddur və Tayvan onun ərazisinin bir hissəsidir və bu ölkə hökuməti ölkələrin rəsmi surətdə tanıdıqları yeganə qanuni hökumətdir.
Çin xarici işlər nazirliyinin sözçüsü sonra deyib ki, Pekin qəti şəkildə Amerika ilə Tayvan arasındakı hər hansı həmkarlığa qarşıdır və onunla ciddi davaranacaqdır.
Belə bir halda, tezliklə vəzifəsini tərk edəcək ABŞ-ın dövlət katibi Mayk Pompeo deyibdir ki, bu ölkənin BMT-dəki daimi nümayəndəsi Keli Kraft Tayvana səfər etməlidir.
Pompeo bu amerikan diplomatın Çinin ayrılmaz hissəsi olan Tayvan adasına təhrikedici səfərinin zamanına heç bir işarə etməyibdir.
Bu ABŞ rəsmisinin sözləri elə bir vaxtda söylənibdir ki, 2020-ci il Amerika prezident seçkilərində məğlub olmuş Trampın tərəfdarlarının Amerika cəmiyyətində iğtişaş və əmin-amansızlıq salmaq üzrə son nalayiq hərəkətlərinin ardınca bu ölkənin asiyalı himayədarları, o sıradan Hindistan və Yaponiya onu utancgətirici və demokratiyanı pozan hərəkət adlandırıblar.
Trampın tərəfdarlarından olan Hindistanın baş naziri Narendra Mudi bir tvittdə demokratiyanı pozan şəxsə xitabən yazıbdır ki, hakimiyyətin dinc ötürülmsəi prosesi davam etməlidir və demokratik gedişatı qanunsuz etirazlarla cavalandırmaq olmaz.
Trampın tərəfdarlarının basqını nəticəsində başlanan ABŞ konqresi binasındakı zorakı toqquşmalarda indiyədək dörd nəfər ölüb, 52 nəfər isə həbs olunubdur.
Tramp 2020-ci il Amerika prezident seçkilərində Baydenə məğlub olduqdan sonra çox hiddətlidir və bu cür məğlubiyyət Amerika dövlət terrorizminin təzahürü olan bir kəs üçün rüsvayçılıq və zəlillikdən savayı bir nailiyyət gətirməyibdir.