İngiltərə və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib
Yan 09, 2021 08:51 Asia/Baku
İngiltərə və Fransa “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib.
SəhərAzəri xəbər verir, “Moderna” peyvəndi İngiltərədə istifadəsinə icazə verilən üçüncü peyvənddir.
İngiltərə hökuməti əlavə olaraq bu peyvənddən 10 milyon doza sifariş edib. Daha öncə Britaniya 7 milyon doza sifariş etmişdi. Növbəti dozanın isə martadək İngiltərəyə çatdırılacağı gözlənilir.
Fransanın Dərmanlara Nəzarət Agentliyi də “Moderna”nın istifadəsini təsdiqləyib. Bildirilib ki, qarşıdakı günlərdə “Moderna” peyvəndinin ilk dozası Fransaya gətiriləcək.
Qeyd edək ki, “Moderna” peyvəndi klinik sınaqlarda 94 faiz effektivlik göstərib.