Son sutka ərzində İngiltərədə 1325 nəfər koronavirusdan həyatını itirib
Yan 09, 2021 10:50 Asia/Baku
Koronavirus epidemiyasının başlanğıcından bəri İngiltərədə ən yüksək gündəlik ölüm sayı qeydə alınıb.
SəhərAzəri xəbər verir, İngiltərədə son 24 saat ərzində koronavirusdan 1325 nəfər həyatını itirib.
Bu, epidemiya başlayandan bəri ölkədəki ən yüksək gündəlik ölüm sayıdır.
London meri Sadiq Xan, şəhərdəki epidemiyanın nəzarətdən çıxdığını söyləyib. O, hazırda paytaxtdakı xəstəxanalarda 7 mindən çox xəstənin olduğunu açıqlayıb.