Kamala Harris ABŞ-da kütləvi aclıq barədə xəbərdarlıq edib
Yan 09, 2021 13:52 Asia/Baku
ABŞ-ın yeni seçilmiş prezidentinin müavini Kamala Harris amerikalı kütləvi aclıq barədə xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, Associated Press xəbər agentliyinə istinadən xəbər verir, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin müavini Kamala Harris deyib: "ABŞ-da insanların çoxu növbəti yemək payını əldə edə biləcəyindən əmin deyil".
Kamala Harris əlavə edib: "Bəzi kiçik sahibkarlıq subyektləri ziyan görməkdədir".
ABŞ-da koronavirusun yayılması ilə ailələrin bir çoxu gəlir əldə etməkdə problem yaşayırlar.
Belə bir vəziyyətdə bir çox ailə qidasını təmin etmək üçün xeyriyyə təşkilatlarından kömək istəmək məcburiyyətində qalıb.
Statistikalar göstərir ki, son aylarda ABŞ-da işsizlik də xeyli artıbdır.