Yan 11, 2021 07:36 Asia/Baku

Quterreş vurğulayıb ki, dünya iqlim dəyişikliyi ilə mübarizədə də uduzur.

SəhərAzəri RİA Novosti-ə istinadən xəbər verir, BMT-nin baş katibi Antonio Quterreş cari ili 1945-ci illə müqayisə edib. Çünki bu gün "koronavirusla müharibə gedir".

baş katib söyləyib: "Bu gün biz elə bir an yaşayırıq ki, sanki 1945-ci ildəyik... Bugünkü müharibə mikroskopik virusa qarşıdır. Sabah isə kiberfəzada terrorçulara qarşı müharibə başlaya bilər".

O vurğulayıb ki, dünya iqlim dəyişikliyi ilə mübarizədə də uduzur. 

Dünyada pandemiya başlayandan 90 milyondan çox insan koronavirusa yoluxub, 64 milyon insan sağala bilib, 1,9 milyondan çox xəstə isə dünyasını dəyişib. 

Teqlər