Belçikada polis zorakılığına qarşı aksiya keçirilib
Yan 14, 2021 14:44 Asia/Baku
Belçikanın paytaxtı Brüsseldə Afrika əsilli gəncin polis şöbəsində ölümündən sonra əhali küçələrə axışaraq etiraza qalxıb.
SəhərAzəri xəbər verir, qəzəbli kütlə polis mərkəzinin girişini yandırıb.
Polisin müdaxiləsindən sonra etirazçılar ətraf küçələrə dağılıb. Bəzi etirazçılar digər obyektlərdə də yanğınlar törədib.
Bu zaman təsadüfən yaxınlıqdan keçən kral Filippin maşını da daşa tutulub. Sürücü dərhal avtomobili hadisə yerindən uzaqlaşdırıb.
Qarşıdurmalar zamanı yaralananların da olduğu deyilir.
Qeyd edək ki, Afrika əsilli 23 yaşlı gənc İbrahim Barrie Brüsseldə polis şöbəsində müəmmalı şəkildə ölüb.