Yan 15, 2021 11:08 Asia/Baku
  • Dünyada koronavirusdan ölənlərin sayı 2 milyonu ötüb

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada epidemiyanın başlanğıcından bu günə qədər 2 002 982 nəfər COVID-19-dan vəfat edib.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib ki, Dünyada son sutkada 697 485 nəfər koronavirusa yoluxub, 15 835 nəfər isə ölüb. Epidemiyanın başlanğıcından bu günə qədər dünyada 93 milyon 557 min 99 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 66 milyon 863 min 220 xəstə sağalıb, 2 002 982 nəfər isə ölüb.

Amerika 23 milyon 848 min 410 nəfər koronavirus xəstəsi və 397 min 994 virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan (10 528 508), Braziliya (8 326 115), Rusiya (3 495 816), İngiltərə (3 260 258), Fransa (2 851 670), Türkiyə (2 364 801), İtaliya (2 336 279), İspaniya (2 211 967), Almanya (2 004 011), Kolumbiya (1 849 101), Argentina (1 770 715), Meksika (1 588 369), Polşa (1 414 362) və İran (1 311 810) sırasıyla ikinci on beşinci sırada yerləşiblər.

Teqlər