Pakistan ABŞ-ı İrana qarşı ittiham irəli sürdüyü üçün tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i372113-pakistan_abŞ_ı_İrana_qarşı_ittiham_irəli_sürdüyü_üçün_tənqid_edib
Pakistanın baş naziri ABŞ dövlət katibini İrana qarşı əsassız ittiham irəli sürdüyü üçün tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2021 11:47 Asia/Baku
  • Pakistan ABŞ-ı İrana qarşı ittiham irəli sürdüyü üçün tənqid edib

Pakistanın baş naziri ABŞ dövlət katibini İrana qarşı əsassız ittiham irəli sürdüyü üçün tənqid edib.

SəhərAzəri xəbər verir, İmran Xan cümə günü ABŞ-ın İrana qarşı səsləndirdiyi ittihamlara reaksiya olaraq, deyib: "ABŞ dövlət katibi Mayk Pompeonun İran İslam Respublikasına qarşı ittihamları və bu ölkəni Əl-Qaidə terror qruplaşması ilə əlaqələndirmək heç vaxt inandırıcı deyil və dünya belə bir iddianı qəbul etməyəcək". 

Pakistanın baş naziri əlavə edib: "Mayk Pompeonun sözləri İsrail rejimini məmnun etmək üçün təhlükəli bir hərəkətdir".

İmran Xan vurğulayıb: "Ümumiyyətlə Mayk Pompeonun  karyerası sona çatıb və ABŞ-dakı mövcud hökumətin səlahiyyət müddəti bitibdir".