Yan 16, 2021 16:06 Asia/Baku
  • BMT baş katibi:

BMT baş katibi cümə günü COVİD-19 xəstəliyi nəticəsində iki milyondan çox insanın həlak olmasından təəssüf ifadə edərək, xəbərdarlıq edib ki, elm müvəffəq olmaqda və həmrəylik məğlub olmaqdadır".

SəhərAzəri "Frans Press"in məlumatına istinadən xəbər verir, Antonio Quterreş deyib: "Bu gün vaksinin paylanmasında böşluqlar görünür, yüksək gəlirli ölkələrdə peyvəndlər tez bir zamanda hamı üçün əlçatan olacaq, hal bu ki, dünyanın ən kasıb ölkələrində isə ümumiyyətlə bu vaksinlər yoxdur".

BMT Baş Katibi, adlarını çəkmədən bəzi ölkələrin yan mübadilələr apardığını və ehtiyaclarından daha çox vaksin almalarını tənqid edib.

Dünyada koronavirusdan ölənlərin sayı cümə günü yeni bir rekord qeydə alınaraq, 2 milyon nəfərdən çox oldu".

Bu yaxınlarda ABŞ-da Pfizer, BionTech və Moderna peyvəndlərinin paylanmasına başlanılıb, ancaq peyvəndləmə prosesi gözləniləndən daha yavaş aparılır.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin müşavirlərindən olan Antoni Fauçi dekabr ayında bildirib ki, kollektiv immunitet çox ehtimal ki, yayda yaranacaq və 2021-ci ilin son aylarında normal vəziyyətə qayətmaq mümkün olacaq.

Bu elə bir haldadır ki, Ümumdünya Səhiyyə Təşkilatı belə bir vəziyyətin 2022-ci ildə reallaşacağını açıqlayıb.

ABŞ koronavirusa yoluxma və ölüm hallarına görə dünyada liderdir.

Teqlər