Yan 18, 2021 10:39 Asia/Baku
  • Dünyada koronadan sağalanların sayı 68 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 68 196 088 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, indiyədək dünyada 95 milyon 488 min 91 nəfər koronavirusa yoluxub. Ayrıca, bu günə qədər 68 milyon 196 min 88 xəstə sağalıb, 2 039 706 nəfər isə ölüb.

Amerika 24 milyon 482 min 50 nəfər koronavirus xəstəsi və 407 min 202 virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan (10 572 672), Braziliya (8 488 099), Rusiya (3 568 209), İngiltərə (3 395 959), Fransa (2 910 989), Türkiyə (2 387 101), İtaliya (2 381 277), İspaniya (2 252 164), Almanya (2 050 099), Kolumbiya (1 908 413), Argentina (1 799 243), Meksika (1 641 428), Polşa (1 435 582), Cənubi Afrika (1 337 926) və İran (1 330 411) sırasıyla ikinci on altıncı sırada yerləşiblər.

Teqlər