Yan 19, 2021 12:07 Asia/Baku
  • ÜST koronavirus vaksinini yığıb saxlamaları haqda zəngin ölkələrə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru zəngin ölkələrin koronavirus vaksinini yığıb saxlamalarını qeyri-etik hərəkət adlandırıb.

SəhərAzəri xəbər verir, Tedros Adanom bazar ertəsi günü deyib: "Zəngin ölkələrdə koronavirus peyvəndinin yığılıb saxlanılması qeyri-etik hərəkət olmaqdan əlavə, həm də bu pandemiyanı uzadır".

Adanom sonra bildirib ki, dünyanın 49 zəngin ölkəsində 39 milyondan çox vaksin dozası tətbiq olunub.

Ümumdünya Səhiyyə Təşkilatı və səhiyyə sahəsində fəaliyyət göstərən bir neçə beynəlxalq fond inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında vaksinlərin ədalətli bölüşdürülməsi məqsədi ilə 2020-ci ildə «KOVAKS» adlı proqrama start verdilər.

Bir çox zəngin ölkə bu proqramın iştirakçısı olmasına baxmayaraq, öz vətəndaşlarının vaksinlərini təmin etmək üçün əczaçılıq şirkətləri ilə ayrı-ayrı müqavilələr bağlayıbdır.

Teqlər