BMT-nin sülhməramlıları Mərkəzi Afrika Respublikasında öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i372212-bmt_nin_sülhməramlıları_mərkəzi_afrika_respublikasında_öldürülüb
Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu nəticəsində BMT-nin iki sülhməramlısı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2021 05:09 Asia/Baku
  • BMT-nin sülhməramlıları Mərkəzi Afrika Respublikasında öldürülüb

Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu nəticəsində BMT-nin iki sülhməramlısı öldürülüb.

SəhərAzəri RİA Novosti xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofilli kompleks missiyası bildirib.

"BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə çoxprofili kompleks missiyasının qabonlu və mərakeşli iki sülhməramlısı ölkənin cənubunda, Banqasudan (Mbomu prefekturası) 17 kilometr məsafədə onların kolonu silahlı qruplaşmaların koalisiyasının pusqusuna düşərkən öldürülüb", - xəbərdə deyilir.

Missiyanın rəhbəri Mankyor Ndiaye "Mərkəzi Afrika Respublikasında sülh uğrunda İttifaq" və "Antibalaka" silahlı qruplaşmalarının döyüşçüləri tərəfindən təşkil edilmiş hücumu pisləyib. O, qeyd edib ki, BMT-nin missiyası hücumu təşkil edənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün MAR hakimiyyəti ilə birgə işləyəcək.