Bayden ABŞ-ın ÜST-ə qayıtması barədə fərman imzalayıb
https://azeri.sahartv.ir/news/dünya-i372295-bayden_abŞ_ın_Üst_ə_qayıtması_barədə_fərman_imzalayıb
ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətləri bərpa edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2021 07:30 Asia/Baku
  • Bayden ABŞ-ın ÜST-ə qayıtması barədə fərman imzalayıb

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətləri bərpa edir.

SəhərAzəri RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Bayden cümə axşamı ölkəsinin ÜST-lə əlaqələrin bərpasını nəzərdə tutan fərman imzalayıb. 

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp keçən ilin iyul ayının əvvəlində ölkənin ÜST-dən çıxması ilə bağlı Konqresə rəsmi bildiriş göndərmişdi. 

Çıxış prosesi 2021-ci ilin iyulunda başa çatmalı idi. Daha əvvəl Tramp ÜST-ü tələb olunan islahatları həyata keçirməməkdə günahlandıraraq təşkilata maliyyə ayrılmasına  son verdiyini bildirmişdi. O, həmçinin, ÜST-ü koronavirus epidemiyasının miqyasını Çinin maraqları çərçivəsində gizlətməkdə günahlandırmışdı.