Baydenin andiçmə mərasimi ABŞ tarixində tam fərqli bir mərasim idi
2021-ci ildə ABŞ prezidentinin andiçmə mərasimi təhdidlər, qalmaqallar və müxtəlif hadisələr atmosferi səbəbindən ABŞ tarixindəki ən fərqli andiçmə mərasimi olub.
SəhərAzəri Fars xəbər agentliyinə istinadən xəbər veiri ki, ABŞ-ın Demokrat Partiyasından seçilmiş yeni prezidenti Co Baydenin andiçmə mərasimi elə bir halda keçirildi ki, bu ölkə koronavirusa yoluxma və bu virusdan ölüm hallarına görə, dünyada liderdi.
Co Baydenin andiçmə mərasimi ilə eyni zamanda Konqres binasının qarşısında 200 min bayraq, mərasimdə iştirak etməli olan, lakin koronavirus səbəbindən iştirak edə bilməyən xalqın adından quraşdırılıb. Hal bu ki, deyilənlərə görə, Vaşinqtonda hakim olan xüsusi təhlükəsizlik şəraiti və Trampın tərəfdarlarının Konqresə təkrar hücumundan qorxu bu qərarın əsas səbəbləri olubdur.
ABŞ mediaları Baydenin andiçmə mərasimindən bir neçə dəqiqə əvvəl, ABŞ Ali Məhkəməsinin binasının bomba təhdidi səbəbindən boşaldıldığını bildiriblər.
ABŞ prezidentinin and içmə mərasimi misli görünməmiş şəkildə ən kəskin təhlükəsizlik tədbirləri altında keçirilib.
Hərbi qüvvələrin geniş iştirakı andiçmə mərasiminin bu qədər fərqli olmasının səbəblərindən biridir. Daxili təhlükəsizlik mənbələri Trampın ekstremist tərəfdarlarının 20 Yanvarda təxribat planlarını hazırladıqlarını bildirmişdilər. Vaşinqtonda Konqres binasının ətrafından əlavə, ABŞ ştatlarının mərkəzlərində yerləşən bütün yerli konqreslərin ətrafında da Tramp tərəfdarlarının hücumlarından qorxaraq, təhlükəsizlik tədbirləri gücləndirilmişdi.
Baydenin andiçmə mərasiminin fərqli olmasının digər bir səbəbi, seçki saxtakarlığı barədə açıqlama verməkdə davam edən və Ağ Evi Florida istiqamətində tərk edən Donald Trampın olmaması idi.
Tramp Ağ Evi tərk etməzdən əvvəl etdiyi son çıxışında bəzi müşahidəçilər tərəfindən təhdid kimi qiymətləndirilən bir tonasiya ilə deyib: "Biz tezliklə bir yolla geri dönəcəyik".
ABŞ-da nadir hallarda baş verən bir hadisədə, Nümayəndələr Palatasının bir neçə respublikaçı üzvü bir məktub ünvanlayaraq, demokrat prezidentlə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Qeyd etmək lazımdır ki, Tramp administrasiyasının bir çox üzvü və müşaviri etiraz əlaməti olaraq ya da Trampın siyasətinə və davranışlarına qarşı olduqları üçün istefa etdilər və ya işdən çıxarıldılar.
Bayden elə bir halda karyerasına başlayır ki, eyni zamanda üç iqtisadi, səhiyyə və siyasi böhranla üz-üzədir.
Baydenin köməkçilərinin dediyinə görə, o, Trampın ziyanlı siyasətlərini islah etmək üçün andiçmə mərasimindən dərhal sonra 17 sərəncam və fərman imzalayacaq.