Yan 21, 2021 21:15 Asia/Baku
  • Quterreş ABŞ-ın Paris sazişinə qayıtmasını alqışlayıb

BMT-nin baş katibi bir bəyanatda, ABŞ-ın yeni prezidentinin Paris İqlim Sazişinə qayıtmaq qərarını məmnuniyyətlə qarşılayıb.

SəhərAzəri xəbər verir, Antonio Quterreş bu bəyanatda bildirib: "ABŞ prezidenti Co Baydenin açıqladığı addımlardan, biz səbirsizliklə bu ilin sonunda İqlim dəyişikliyi mövsuzunda keçiriləcək BMT-nin "Cop 26" adlı konfransından əvvəl, 2030-cu il üçün nəzərdə tutulan hədəflərə çatmaqda iştirak etmək və bu fenomenlə mübarizəni maliyyələşdirmək kimi tədbirlər çərçivəsində istixana qazlarını sıfıra endirmək istiqamətindəki qlobal səyləri sürətləndirmək üçün tədbirlərini gözləyirik".

BMT-nin Baş katibi, həmçinin iqlim dəyişikliyi və koronavirusun fəsadları ilə mübarizə sahəsində ABŞ-ın yeni prezidenti ilə əməkdaşlıq etmək üzrə öhdəliklərinə sadiq qaldığını bildirib.

Teqlər