Yan 21, 2021 23:22 Asia/Baku
  • Afrikada koronavirus vaksinlərinin sınağı rüsvayçılığı

Afrikada müstəmləkəçilik hələ də mövcuddur və müxtəlif şəkillərdə öz maraqlarının ardıncadır və bu dəfə də koronavirus vaksini ilə əlaqədar humanist bir jest ilə bu qitədə öz cinayətlərini davam etdirir.

SəhərAzəri xəbər verir, Avropa ABŞ vaksinlərinin paylanmasının dayandırılması ilə eyni zamanda Afrika xalqı arasında müxtəlif vaksinlərin, xüsusilə də koronavirus vaksininin klinik sınaqlarının aparılmasına dair xəbərlərin yayılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Çoxmillətli əczaçılıq şirkətləri və peyvənd şirkətləri, yüksək gəlir əldə etmək üçün Afrika xalqı üzərində klinik sınaqlar həyata keçiriblər və keçirirlər. Başqa sözlə, bu qitənin insanları Qərb şirkətləri, xüsusən də amerikan şirkətlər tərəfindən sui-istifadəyə məruz qalıblar.

Faciə və rüsvayçılıq elə bir halda yaranıb ki, indiyədək Qərbin insan haqları təşkilatları nəinki hələ də susublar, həm də bu cinayət bəzi həkimlərin yaşıl işığı ilə törədilib.

Parisin Koçin xəstəxanasının reanimasiya şöbəsinin müdiri Dr. Jan Paul Mira həmin həkimlərdən birdir ki, tam həyasızcasına canlı yayımda deyib: 

"Bəlkə də bu təhrikedici ola bilər; Lakin COVİD-19 vaksini Afrikada sınaqdan keçirilməməlidirmi? Hansı ki, orada nə maska var nə də dərman. Reanimasiya şöbəsi də yoxdur. bundan əvvəl QİÇS peyvəndi ilə bağlı belə bir işi görmüşük".

Afrikada Xəstəliklərin Qarşısını Alma Mərkəzindən verilən məlumata görə, koronavirus peyvəndlərinin sınaqlarının 80 faizi, 10 Afrika ölkəsində aparılıb. Hal bu ki, hazırda koronavirus epidemiyasının episentri ABŞ və Avropadır. Bu cür sınaqlar özləri Afrika cəmiyyətlərində yüksək dərəcədə viral xəstəliklərin yayılmasına səbəb olur, baxmayaraq ki, Afrikada vəziyyət dünyanın başqa yerləri ilə müqayisədə ağ idi.

Fransız mətbuatında Afrika mənbələrinə istinadən dərc edilən məlumata görə, İndiyə qədər bəzi Afrika liderlərinin məsuliyyətsizliyi və qeyrətsizliyi səbəbindən Afrika ölkələrində 9 milyon doza koronavirus peyvəndi sınaqdan keçirilibdir ki, bu da keçmişdəkinə nisbətən 9,4 faiz daha çoxdur.  

Seneqalda bu sınaqlar uşaqların üzərində aparılıb və nəticədə bu balaca mələklərdən bir neçəsi peyvəndin vurulmasından dərhal sonra həyatını itirib.

Teqlər