Yan 23, 2021 18:05 Asia/Baku
  • Putin və Avropa İttifaqı Şurasının sədri məsləhətləşmə aparıblar

Rusiya prezidenti və Avropa İttifaqı Şurasının sədri ikitərəfli münasibətləri müzakirə ediblər.

SəhərAzəri Rusiya prezidenti Vladimir Putin ilə  Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında telefon əlaqəsi baş tutub. Telefon danışığı zamanı tərəflər müxtəlif mövzuları, o cümlədən koronavirusa qarşı birgə vaksin istehsalını, həmçinin rus müxalifət Aleksey Navalnının həbsini müzakirə ediblər.

Putin və Avropa İttifaqı Şurasının sədri, real əməkdaşlıq üçün zəmin yaratmağın vacibliyini diqqət mərkəzində saxlayaraq, Rusiya ilə Avropa İttifaqı Şurası arasındakı münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçiriblər.

Bu müzakirələrdə, həmçinin Şarl Mişelin xahişi ilə Aleksey Navalnının ətrafındakı vəziyyət və Avropa İttifaqının onunla bağlı narahatlığı irəli sürülüb. 

Avropa İttifaqı Şurası da bildirib ki, Mişel Rusiya prezidentinə Avropa ittifaqı-Rusiya münasibətlərinin perspektivinə dair bu şurada strateji müzakirələr aparmaq qərarı barədə məlumat verib.

Qanunsuz fəaliyyətə görə tutulan Rusiya müxalifətinin lideri Aleksey Navalnı, Rusiya hökumətinə qarşı mitinqlərə çağırıb.

Navalnı həmişə ABŞ və Ağ Evin tərəfdarı olan Avropa hökumətləri tərəfindən dəstəklənibdir.

Teqlər