Cozef Bayden: "Ölkədə iqtisadi böhran dərinləşir"
"ABŞ-da koronavirus epidemiyası nəticəsində yaranan iqtisadi böhran get-gedə dərinləşir və qarşısını almaq üçün qətiyyətli tədbirlər görülməlidir".
SəhərAzəri xəbər verir ki Dəyərlər.org-nin verdiy məlumata əsasən bu barədə Prezident Cozef Bayden Ağ Evdə söylədiyi nitqində bildirib.
O, belə vəziyyətdə dövlətin vətəndaşlara əl tutmasının vacibliyini deyib.
Ölkə prezidentinin imzaladığı iki fərman böhrandan zərər çəkən ailələrin müdafiəsini, həmçinin federal dövlət qulluqçu və icraçılarına minimum məvacib (saatbaşı 15 dollar) və ödənişli təcili məzuniyyət verilməsini nəzərdə tutur.
Qeyd edək ki, yanvar ayının əvvəlində ABŞ-da işsizlərin sayı 16 milyona çatıb. Son bir həftə ərzində işsizlik müavinəti almaq üçün daha 900 min nəfərin müraciət etdiyi, 30 milyonadək ev təsərrüfatının ərzaq qıtlığı ilə üzləşdiyi bildirilir.
Koronavirus pandemiyası başlayandan bu yana ABŞ-da 24,7 milyon nəfər yoluxub, bunların 413 mini dünyasını dəyişib.