Çin 12 döyüş təyyarəsi ilə sərhədi pozdu
https://azeri.sahartv.ir/news/dünya-i372417-Çin_12_döyüş_təyyarəsi_ilə_sərhədi_pozdu
Çin 12 döyüş təyyarəsi ilə Tayvan hava məkanını pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2021 07:15 Asia/Baku
  • Çin 12 döyüş təyyarəsi ilə sərhədi pozdu

Çin 12 döyüş təyyarəsi ilə Tayvan hava məkanını pozub.

SəhərAzəri  Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“Çin ordusuna aid 8 Xian H-6 tipli bombardmançı və 4 Şenyanq J-16 tipli döyüş təyyarəsi cənub-qərbdən Tayvanın hava məkanına müdaxilə edib. Bundan sonra Tayvan qırıcıları havaya qaldırılıb və Çin təyyarələrinə xəbərdarlıq edilib. Bir gündə bu qədər Çin döyüş təyyarəsinin hava məkanını pozması görünməz hadisədir”, - açıqlamada bildirilib.